
Bakı. Trend:
Albaniyanın baş naziri Edi Rama may ayında Azərbaycana səfər
edəcək.
Bunu Trend-ə özəl
müsahibəsində
Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart
Kadia bildirib.
“18 may 2026-cı il tarixində Bakıda keçiriləcək “WUF13”
çərçivəsində dünya liderlərinin xüsusi görüşlərində Baş nazir Edi
Ramanın iştirakı gözlənilir ki, bu da Albaniyanın regional və
qlobal dialoqlarda fəal rolunu əks etdirir. Digər bir sıra səfərlər
və birgə təşəbbüslər təsdiqlənmə mərhələsindədir ki, bu da hər iki
ölkənin iqtisadi, mədəni və texnoloji sahələrdə əməkdaşlığın
genişləndirilməsinə qarşılıqlı sadiqliyini göstərir”,- deyə Kadia
bildirib.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.

