
Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə
tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal
bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan
edir.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun
icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan
Respublikasının Gənclər Fondu və “Bakcell” şirkətinin birgə
tərəfdaşlığı ilə İnnovasoya və Süni İntellekt üzrə Təqaüd
Proqramının təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.
Onun sözlərinə görə, təqaüd proqramının əsas prioriteti gənclər
arasında innovativ düşüncə tərzinin formalaşdırılması və süni
intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının
artırılmasıdır:
“Təqaüd proqramına 18-29 yaş arası gənclər müraciət edə
bilərlər. Müraciətlər Fevralın 16-na qədər davam edəcək. Sonra isə
müsahibə mərhələləri təşkil olunacaq. Uğur qazanan gənclərə isə
fond və Bakcell tərəfindən təqaüd veriləcək”.
Yusif Vəliyev qeyd edib ki, təqaüd aylıq ödənəcək.

