
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranların
birindən iki ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat
daxil olub.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X.Eyvazov və 39
yaşlı İ.Ələkbərov saxlanılıblar.
Araşdırmalar aparılır.

