Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb

Baş səhifə

Bakı. Trend:

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi
üzrə qlobal şirkət olan “Ookla” dekabr ayı üzrə “Speedtest Global
Index” hesabatını təqdim edib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin
median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92
Mb/s olub.




Noyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi
2,68 MB/s və ya 3,11%, mobil internetin sürəti isə 4,55 Mb/s və ya
5,46% yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə
tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin
göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində
mövqeyinin yüksəldiyini təsdiqləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir