Yeni təqaüd proqramı elan edildi – ŞƏRTLƏR (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə
tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal
bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan
edilib.

Trend xəbər
verir ki, Bakı Konqres Mərkəzində baş tutan təqdimat mərasimində
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor
vəzifəsini icra edən Yusif Vəliyev və Bakcell-in Baş direktoru
Klaus Müller çıxış edərək gənclərin informasiya texnologiyaları
üzrə biliklərinin dərinləşdirilməsi və karyera imkanlarının
genişlənməsi baxımından təqaüd proqramının mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb, tərəfdaşlığın gənclər üçün yaratdığı yeni
imkanlar barədə danışıblar.

Eyni zamanda, tədbir çərçivəsində Gənclər Fondu və Bakcell
arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə
müxtəlif dövlət qurumları, gənclər və könüllü təşkilatlarının
nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.




Uzunmüddətli tərəfdaşlıq çərçivəsində keçiriləcək təqaüd
proqramının əsas prioriteti gənclər arasında innovativ düşüncə
tərzinin formalaşdırılması və süni intellekt əsaslı
texnologiyalarla işləmə bacarıqlarının artırılmasıdır. Proqram
çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data
analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin
peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə
edəcəklər.

Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin
potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin
gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə
verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin
təqaüd proqramından yararlanması nəzərdə tutulur.

Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT
sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral
tarixinədək qeydiyyatdan keçə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir