IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası
İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin
“Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə
görüşüb.

Bu barədə Trend
xəbər verir.

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı
ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə
Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər
edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda
Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil
Mikayılova ilə görüş keçirilib.

Görüşdə dünyada parlamentlərarası münasibətlərin mövcud
vəziyyəti və IPU-nun prioritet fəaliyyət istiqamətləri müzakirə
olunub. Həmçinin Azərbaycan və Qətər parlamentləri arasındakı
yüksək səviyyəli münasibətlər vurğulanıb.

Görüş zamanı vurğulanıb ki, güclü ikitərəfli əlaqələr
parlamentlərarası əməkdaşlığın inkişafı üçün əlverişli şərait
yaradır. Azərbaycan və Qətərin Beynəlxalq Parlamentlərarası İttifaq
çərçivəsində də bir-birini dəstəklədiyi xüsusi olaraq qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir