Azərbaycan WUF13 çərçivəsində beynəlxalq tərəfdaşları tədbirdə fəal iştirak etməyə çağırdı

Baş səhifə

Bakı. Trend:

15 yanvar 2026-cı il tarixində Cenevrədə BMT-nin Ofisində
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr
olunmuş brifinq keçirilib. Tədbirdə 100-ə yaxın akkreditə olunmuş
diplomatik missiyanın nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, bu
barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Tədbirin əsas məqsədi diplomatik korpus, Azərbaycan Hökuməti və
BMT-nin Məskunlaşma Proqramı (UNHabitat) arasında əməkdaşlıq
əlaqələrini gücləndirmək, həmçinin WUF13-ə və onun gözlənilən
nəticələrinə beynəlxalq dəstəyi təşviq etmək olub.




Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev
çıxışında Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə
Liderlərin #ZirvəGörüşü’nün keçiriləcəyini qeyd edib. Bildirib ki,
bu təşəbbüs mənzil və şəhərsalma sahələrinin inkişafı məsələlərinin
ən yüksək siyasi səviyyədə liderlik tələb etdiyinə dair mövqeyi əks
etdirir.

Brifinqdə çıxış edən UN-Habitat-ın icraçı direktoru Anaklaudia
Rossbax WUF13-ün Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf
Məqsədlərinin (SDG-lərin), xüsusilə 11-ci Məqsədin (Dayanıqlı
şəhərlər və icmalar) icrasını qiymətləndirmək baxımından mühüm
qlobal platforma olduğunu və növbəti on il üçün qlobal şəhərsalma
prioritetlərinin müəyyənləşdirilməsində strateji əhəmiyyət
daşıdığını vurğulayıb. Brifinqin yekununda WUF13-də geniş
beynəlxalq iştirakın vacibliyi qeyd olunaraq, bütün ölkələr və
beynəlxalq tərəfdaşlar tədbirdə fəal iştiraka çağırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir