Kəlbəcərin ucqar kəndində kanalizasiya olacaq

Baş səhifə

Kəlbəcərin Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işləri aparılacaq.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Məlumata əsasən, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 7,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb. (Mənbə Trend)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir