
Bakı. Trend:
“Boston Consulting Group” (BCG) beynəlxalq konstaltinq
şirkətinin apardığı araşdırma, hətta oxşar ölçüyə malik şəhərlər
arasında belə şəhər mobilliyi səviyyəsində əhəmiyyətli fərqlərin
olduğunu ortaya çıxarıb .
Trend bu barədə
şirkətə istinadən xəbər verir.
Məlumata görə, şəhərlərdə avtomobillərdən asılılıq yüksək
səviyyədə qalmaqdadır.
“Əhalisi 3 milyondan çox olan və şəxsi nəqliyyatdan ən çox asılı
şəhərlərdə 10 dəqiqəlik səfər zamanı CO₂ emissiyalarının miqdarı,
inkişaf etmiş ictimai nəqliyyat sisteminə malik meqapolislərlə
müqayisədə azı iki dəfədən çoxdur. Eyni zamanda, bu şəhərlərin
sakinləri ildə orta hesabla yola 40 saat daha çox vaxt sərf
edirlər. BCG-nin təhlili avtomobildən daha az asılılıqla mobilliklə
bağlı tədbirlərin nəticə göstəricilərinin daha yüksək olması
arasında güclü qarşılıqlı əlaqə olduğunu üzə çıxarıb”, – şirkət
bildirir.
Hesabata əsasən, inkişaf etməkdə olan şəhər məkanları
nəqliyyatın əlçatanlığının azalması və buraxıcılıq qabiliyyətinin
yaxınlaşmaqda olan defisiti ilə üzləşir. Əlavə investisiyalar
olmadan belə şəhərlərdə ictimai nəqliyyata çıxış 2040-cı ilə qədər
15 faiz bəndi azala bilər.
Vurğulanır ki, eyni zamanda əhalinin artımı fonunda dəmir yolu
nəqliyyatının adambaşına düşən buraxılış qabiliyyəti 25–30% azala
bilər.

