
Bakı. Trend:
Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara
təşəkkürümü bildirirəm.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə
söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan
bildirib.
“Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün
irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP
çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən
Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara
təşəkkür edirəm”, – deyə Alen Simonyan bildirib.
O, bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistan Baş
naziri Nikol Paşinyanın konstruktiv mövqeyinə dəstək ismarıcını
şərh edərkən bildirib.

