
Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff mövcud gərginliyin
azaldılması üçün Vaşinqtonun İrana olan tələblərini
səsləndirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Uitkoffun sözlərinə görə, razılaşma 4 vacib məsələyə
toxunmalıdır: uranın zənginləşdirilmə səviyyəsi, raket arsenalının
ixtisarı, artıq mövcud nüvə materialları ilə necə davranılacağı və
Yaxın Şərqdə fəaliyyət göstərən İranyönümlü qruplaşmaların
fəaliyyəti.
Jurnalistlərin ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbəsi ilə
bağlı sualına cavab verən xüsusi elçi bütün məsələlərin diplomatik
yolla həll olunacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki,
İslam Respublikasının ağır iqtisadi vəziyyəti Tehranın kompromisə
getməsinə təkan verə bilər.
Sonda Uitkoff İrandakı etirazçıları “son dərəcə cəsur insanlar”
adlandırıb və onlarla həmrəylik ifadə edib.

