Qanunsuz onlayn kazino oyunları təşkil edənlər saxlanıldı – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)

Baş səhifə

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi
(KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları
təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam
etdirir. Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd
edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər – 35
yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.

Trend xəbər
verir kİ, bununla bağlı DİN məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən
idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla
cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra
dəstə üzvləri sosial şəbəkələrdə “Tokyo”, “Lasvegas”, “Tac”,
“Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək
onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar
oyunları oynamalarını təşkil ediblər.

Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən
mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino
oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr
aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə
ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul
köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.




Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc
və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik. Bu zaman
kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul
vəsaitlərinizi itirə və qanunsuz qumar oyunlarında iştiraka görə
məsuliyyətə cəlb oluna bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir