Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilib

Baş səhifə

Bakı. Trend:

Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya
dolayı ayrı-seçkiliyə yol verilməsi qadağan edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.




Qanuna əsasən, əmək münasibətlərində ailə vəzifələrinə
görə
işçilər arasında hər hansı birbaşa və ya dolayı
ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və
ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi,
habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağan edilib.

Əlilliyi olan şəxslərə, ailə vəzifələri olan
işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə
təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilməyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir