Güzəştlərdən məhrum etmək hədəsi ilə işçini əlavə işlətmək qadağan edilib

Baş səhifə

Bakı. Trend:

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan
məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə
məcbur etmək qadağan edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.




Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə
nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi
hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi
(xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir