
Bakı. Trend:
Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılıb.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas
hüquqları olacaq:
- əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam
verilməsi üçün işəgötürənə müraciət etmək; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az
olmayan məbləğdə ezamiyyə xərclərini almaq.
Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin
müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin
qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab
ediləcək.

