Sınaq müddətində özünü doğrultmayan işçilərin nəzərinə!

Baş səhifə

Bakı. Trend:

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi
qaydasında dəyişiklik edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Daha əvvəl əmək müqaviləsində sınaq müddəti müəyyən
edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü
doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam
verilməsi şərti göstərilməli idi.




Qanunla sözügedən qayda qanunvericilikdən
çıxarılıb.

Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək
müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri
(sərəncamı, qərarı) ilə xitam verilə biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir