Vəzifə tuta bilməyən şəxslər bu halda peşə müsabiqələrində iştirak edə biləcəklər

Baş səhifə

Bakı. Trend:

Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək
münasibətlərinin tənzimlənməsi qaydalarında dəyişiklik edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, yerinə yetiriləsi işin, əmək funksiyasının
xarakteri ilə əlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaq
üçün işəgötürən müsabiqə elan edə biləcək.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətinin
bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə (peşə)
üzrə müsabiqədə iştirak edə biləcəklər.




Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla
işəgötürən tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş prinsiplərə
zidd olmamaqla müəyyən ediləcək.

Daha əvvəl yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri
ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən
olunmuş qaydada müsabiqə elan edə bilərdi.

Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu
ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq
icra hakimiyyəti orqanı qəbul edirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir