
Bakı. Trend:
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi
müəyyənləşib.
Trend xəbər verir ki, “Aston
Villa”nı çalışdıran Unay Emeri ötən ayın ən yaxşısı adına layiq
görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin komandası dekabrda ölkə çempionatında
keçirdiyi 5 oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, “Aston Villa” Premyer Liqada 21 turdan sonra 43
xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

