
Bakı. Trend:
Yer kürəsində maqnit qasırğası başlayıb və hazırda zəif G1
səviyyəsindədir.
Trend xəbər verir ki, bu
barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat
verilib.
İnstitut nümayəndəsi bildirib ki, yüksək enliklərdə geomaqnit
sahəsində narahatlıq qeydə alınıb.
Alimlər proqnozlaşdırırlar ki, yanvarın 17-də Günəşdə partlayış
aktivliyi aşağıdan orta səviyyəyə qədər yüksələ bilər. Lakin
yüksəkkateqoriyalı partlayışlar gözlənilmir.

