Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu

Baş səhifə

Bakı. Trend:

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano
Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan olub.

Trend xəbər verir ki, “Sportico” nəşri 8 idman növü və 28 ölkəni təmsil edən idmançıların
yer aldığı 100 ən yüksək gəlirli idmançı siyahısını təqdim
edib.

Reytinqdə ilk 10-luq belədir:

Kriştiano Ronaldo (futbol): maaş və mükafatlar – 200 mln dollar,
reklam gəliri – 60 mln, ümumi gəlir – 260 mln.

Saul Alvares (boks): maaş və mükafatlar – 125 mln dollar, reklam
gəliri – 12 mln, ümumi gəlir – 137 mln.

Lionel Messi (futbol): maaş və mükafatlar – 60 mln dollar,
reklam gəliri – 70 mln, ümumi gəlir – 130 mln.

Xuan Soto (beysbol): maaş və mükafatlar – 122,2 mln dollar,
reklam gəliri – 7 mln, ümumi gəlir – 129,2 mln.




Lebron Ceyms (basketbol): maaş və mükafatlar – 48,7 mln dollar,
reklam gəliri – 80 mln, ümumi gəlir – 128,7 mln.

Karim Benzema (futbol): maaş və mükafatlar – 110 mln dollar,
reklam gəliri – 5 mln, ümumi gəlir – 115 mln.

Stefen Karri (basketbol): maaş və mükafatlar – 55,4 mln dollar,
reklam gəliri – 50 mln, ümumi gəlir – 105,4 mln.

Syohei Otani (beysbol): maaş və mükafatlar – 2,5 mln dollar,
reklam gəliri – 100 mln, ümumi gəlir – 102,5 mln.

Kevin Dürent (basketbol): maaş və mükafatlar – 50,8 mln dollar,
reklam gəliri – 50 mln, ümumi gəlir – 100,8 mln.

Con Ram (qolf): maaş və mükafatlar – 84,7 mln dollar, reklam
gəliri – 16 mln, ümumi gəlir – 100,7 mln.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir