
Bakı. Trend:
“ChatGPT” çatbotunu yaradan “OpenAI” şirkətinin baş icraçı
direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa
əlaqələndirilməsini nəzərdə tutan mümkün layihədən bəhs edib.
Trend xəbər verir ki, bu
barədə “Merge Labs” xəbər yayıb.
Bildirilib ki, şirkət tamamilə yeni tip beyin–kompüter
interfeysi üzərində çalışır. Layihənin əsas məqsədi hər hansı
cərrahi müdaxiləni istisna etməkdir.
Yeni texnologiya baş nahiyəsinə implant yerləşdirilməsini tələb
etmir. Çiplərin elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlara
bağlanacağı, məlumatın isə ultrasəs vasitəsilə qəbul və ötürüləcəyi
qeyd olunub.

