
Bakı. Trend:
İranın şimalında yerləşən Gilan vilayətində ölkədə baş verən son
hadisələr fonunda 50 iğtişaş lideri saxlanılıb.
Trend-in
məlumatına görə, bunu Gilan vilayətinin polis rəisi general Hüseyn
Həsənpur yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, son vaxtlarda ölkədə baş verən iğtişaşlarda
iştirak edənlərin hamısı müəyyənləşdirilməkdə və
saxlanılmaqdadır.
Həsənpur əlavə edib ki, Gilan vilayətində saxlanılanların sayı
1,5 min nəfəri keçib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

