Dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Baş səhifə

Bakı.Trend:

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər
əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından
sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı
Elmin Sutayev saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu
mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə
digər həqiqətə uyğun olmayan vədlər verib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən
şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin
şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir