Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

Baş səhifə

Bakı. Trend:

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim
müayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklik
edilib.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Daha əvvəl hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan
uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən
qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta
mütənasib əmək haqqı ödənilən
natamam iş günü və ya
natamam iş həftəsi müəyyən etməli idi. Bu halda qadının gündəlik və
ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən
edilir.




Qanunla onlara natamam iş günü və ya natamam iş
həftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsi
müddəası aradan qaldırılıb.

Mövcud qanunvericiliyə görə, Hamilə və 3 yaşınadək uşağı olan
qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində
dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim
məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı
saxlanılır
. Belə müayinələrin keçirilməsi üçün işəgötürən
hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir