
Bakı.Trend:
Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının
palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti
çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş
verməyib.
Allah rəhmət etsin!

