
Bakı.Trend:
Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək
“VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından
qaçırıldığını bildirib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini
qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə
avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan
uzaqlaşıb.
Araşdırma davam etdirilir.

