
Bakı. Trend:
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən
birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha
sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil
olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran
Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı
Elçin Quliyev saxlanılıb.
Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi
də müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon
ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum
olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da
müəyyən edilərək saxlanılıblar. Onlardan psoxotrop tərkibli metadon
həbləri də aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar
aparılır.

