
Bakı. Trend:
Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal
rüsumlarını 100 faizdən 6,1 faizə endirib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə
49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını
açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması
planlaşdırılır.
Bildirilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraq
doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə
bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə
elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd
təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara
nail olublar.
Qeyd edək ki, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100
faizlik idxal rüsumları tətbiq edir. Çin də cavab olaraq Kanada
məhsullarına idxal rüsumlarını qaldırıb.

