Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı

Baş səhifə

Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Kinostudiyadan məlumat verilib.

Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.

“Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında “Kinopark” layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir