“Bavariya” “RB Leypsiq”i səfərdə darmadağın edib – Bundesliqa

Baş səhifə

Bakı. Trend:

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “RB Leypsiq”
doğma meydanda “Bavariya”nı qəbul edib.

Trend xəbər verir
ki, qarşılaşma Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa
çatıb.




Matçda hesabı 20-ci dəqiqədə “RB Leypsiq”in hücumçusu Romulo
açıb. “Bavariya” 50-ci dəqiqədə Serj Qnabri ilə tarazlığı bərpa
edib. 67-ci dəqiqədə Harri Keyn qonaqları hesabda irəli çıxarıb.
83-cü dəqiqədə müdafiəçi Conatan Ta üçüncü qolu vurub. Oyunun son
dəqiqələrində isə Aleksandar Pavloviç və Maykl Olise fərqlənərək
hesabı böyüdüblər.

Bundesliqada 18 turdan sonra “Bavariya” 50 xalla turnir
cədvəlinə liderlik edir. “RB Leypsiq” isə 17 oyundan sonra 32 xalla
dördüncü pillədə qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir