
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai Elantra “markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır

