FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı
hava şəraitində meşə massivində itkin düşmüş şəxsin
axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

FHN-dən Trend-ə verilən xəbərə görə, təlimin keçirilməsində
məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o
cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə
köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə
xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin
xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə
vərdişlərinin təkmilləşdirilməsi olub.




Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava
şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq
meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət
və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə
“təxliyəsini” təmin ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq
tapşırıqlar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir