Binəqədidə avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı
nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil
sahibinə qaytarılıb.




Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən
İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir