
Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald
Trampın Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq
Sülh Şurasının tərkibinə daxil olmaq təklifini qəbul edib.
Trend xəbər verir ki, bu
barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri
Peter Siyarto bildirib.
O qeyd edib ki, Macarıstan hökuməti Trampın təklifini özü üçün
böyük şərəf hesab edir və Trampın təklifi qəbul olunacaq.
Siyartonun sözlərinə görə, Orban bu barədə ABŞ
administrasiyasına məlumat verməyi ona tapşırıb.

