
Bakı. Trend:
Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın
Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə
Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb.
Trend-in
məlumatına görə, bu barədə baş nazir “X” sosial şəbəkəsində
yazıb.
“Arktikanın — NATO-nun şimal və qərb cinahlarının —
təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə
inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu
NATO daxilində birgə işləməkdir”, – deyə o bildirib.
M.Karni həmçinin bildirib ki, Kanada hökuməti vəziyyətin
gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və kritik
infrastrukturu gücləndirəcək.

