Ərdoğan Əhməd əş-Şaraa ilə Suriyada baş verən son hadisələri müzakirə edib

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti ilə telefon danışığı aparıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər Türkiyə–Suriya ikitərəfli münasibətlərini, eləcə də Suriyada baş verən son hadisələri müzakirə ediblər.

Türkiyə lideri Ankaranın Suriyanın ərazi bütövlüyünə, birliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Suriya ərazisinin terrorizmdən tam şəkildə təmizlənməsi həm Suriya, həm də bütün region üçün zəruridir.

O, Türkiyənin bundan sonra da, ilk növbədə terrorizmlə mübarizə sahəsində olmaqla, Suriyaya hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir