
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
(ƏMDX) fevralın 18-də 9 bölgədən hərraca çıxarılacaq torpaq
siyahıasını açıqlayıb.
Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata görə, fevralın 18-də keçiriləcək hərracda Saatlı,
Sabirabad, Neftçala, Ağdaş, Göyçay, Goranboy, Qazax, Beyləqan və
Şəkidə yerləşən torpaq sahələrinin və 1 fərdi yaşayış evinin satışı
həyata keçiriləcək.
Qeyd edək ki, müsabiqə və hərraca çıxarılmış bələdiyyə
torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə
müraciət oluna bilər.

