Azərbaycan iqtisadiyyatı ötən il 1%-dən çox böyüyüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə
müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış,
qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.




ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar
təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7
faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis
vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir