Azərbaycanda qeyri-neft-qaz sənayesi ötən il 5,5% artıb

Baş səhifə

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq və ya
2024-cü illə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri
neft-qaz sektorunda isə 5,5 faiz artıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi
emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.




Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 57,0 faiz, maşın və
avadanlıqların quraşdırılması və təmiri işləri 31,1 faiz, toxuculuq
sənayesi məhsullarının istehsalı 24,5 faiz, rezin və plastik kütlə
məmulatlarının istehsalı 16,1 faiz, tütün məmulatlarının istehsalı
14,4 faiz, neft məhsullarının istehsalı 13,7 faiz, qida
məhsullarının istehsalı 9,1 faiz, kimya sənayesi məhsullarının
istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların
istehsalı 2,8 faiz, içkilərin istehsalı 0,5 faiz artmış,
metallurgiya sənayesi məhsullarının istehsalı 3,1 faiz, tikinti
materiallarının istehsalı 4,3 faiz, mebel istehsalı 8,6 faiz, geyim
istehsalı 15,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların
istehsalı 15,2 faiz, maşın və avadanlıqların istehsalı 16,3 faiz,
hazır metal məmulatlarının istehsalı 17,0 faiz, elektrik
avadanlıqlarının istehsalı 19,5 faiz, poliqrafiya məhsullarının
istehsalı 19,5 faiz, kağız və karton istehsalı 21,1 faiz,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir