
Bakı.Trend:
Ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 217
779 müraciətlər olub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat
yayıb.
Bildirilib, Azərbaycan Respublikasının ərazisində yaşama
icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 80 691,
vətəndaşlıq məsələləri ilə bağlı 1248 müraciət olub.

