
Bakı. Trend:
İsrailda ordu və sərhəd polisi Hevron rayonu və İordan çayının
Qərb sahilində irimiqyaslı antiterror əməliyyatına başlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələr (IDF)
məlumat yayıb.
“IDF və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) və sərhəd polisi
bölmələri gecə saatlarında Xevron şəhərində terrorçulara qarşı
genişmiqyaslı əməliyyata başlayıblar. Xevronun Cabal əl-Cöhar
bölgəsində təhlükəsizlik qüvvələri terrorçu infrastrukturun və
qanunsuz silahların məhv edilməsi və təhlükəsizliyin
gücləndirilməsi məqsədilə fəaliyyət göstərir. Əməliyyatın bir neçə
gün davam edəcəyi gözlənilir”, –deyə sənəddə vurğulanıb.
Bəyanatda qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri İudeya
və Samariyanın bütün ərazisində (İordan çayının qərb sahilinin
İsraildə istifadə olunan adı –red terrorizmin qarşısının alınması
istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

