Kəlbəcərin ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir – “Azərişıq”

Baş səhifə

Bakı.Trend:

Torpaqlarımız işğaldan azad olunan andan etibarən “Azərişıq”
ASC-nin əməkdaşları Cənab Prezident İlham Əliyevin tapşırıqlarına
əsasən ordumuzun ardınca irəliləyərək Qarabağ və Şərqi Zəngəzurda
lazımi obyektləri elektrik enerjisi ilə təmin etdi.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, tezliklə doğma torpaqlarımızda Azərbaycan işığı
yandı. Elektrik təsərrüfatında yenidənqurma, əsaslı təmir-bərpa bu
gün də davam edir. Sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən
Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur. Qarlı-şaxtalı
hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək
ərazilərdə fasiləsiz çalışır.




Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə
təmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq
izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.
Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə
və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan
İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri
quraşdırılıb.

Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd
kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu
qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının
2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı
ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı
elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik
şəbəkəsi yenidən qurulub.

“Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və
qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər
vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə
hədəflənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir