
Bakı.Trend:
19-23 yanvar tarixlərində Pirəkəşkül və Ağdərədə istismar
müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv
ediləcək.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə
düşməməyə və narahatlığa heç bir əsasın olmadığını diqqətə
çatdırıb.

