
Bakı.Trend:
Pakistanda Kəraçi şəhərinin cənubunda yerləşən “Gül Plaza”
ticarət mərkəzində baş verən yanğının qurbanlarının sayı 14 nəfərə
çatıb.
Trend bu barədə
Pakistan KİV-ə istinadən xəbər verir.
“Geo TV” telekanalının verdiyi məlumata əsasən, xilasedilər 33
saat davam edən əməliyyatdan sonra yanğını tam söndürməyə nail
olublar.
Karaçinin cənubunda yerləşən “Gül Plaza” ticarət mərkəzində baş
verən yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Yanğın şəhərin sıx məskunlaşmış ərazisində yerləşən ticarət
kompleksinin birinci mərtəbəsində baş verib. İlkin məlumatlara
əsasən, yanğının səbəbi süni güllər və dibçəklər satan mağazada
elektrik naqillərində yaranmış qısaqapanma olub.

