Bu il 165 uşaq övladlığa veriləcək

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın
müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.

Trend xəbər
verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci
ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat
konfransında bildirib.




Onun sözlərinə görə, eyni zamanda bu il 220 uşağın müəssisələrə
düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:

“Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın
himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük.
Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi
planlaşdırılır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir