Bakı Marafonu ilk dəfə olaraq 42 km-də keçiriləcək: qeydiyyat başladı

Baş səhifə

Bakı. Trend:

Bu gündən Bakı Marafonu 2026-ya qeydiyyat
başlayıb.

Trend xəbər
verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən
ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış
yarımarafon deyil, ilk dəfə 42 km məsafədə tam marafon olaraq və
fərqli marşrutda keçiriləcək.

Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından
start götürəcək, finiş xətti isə Sea Breeze ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu:




Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar
Bakı Beynəlxalq Dəniz Vağzalı
Neftçilər prospekti
Bakı Ağ Şəhər bulvarı – 8 Noyabr prospekti –
Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Böyük İpək Yolu
küçəsi – Müzəffər Nərimanov küçəsi – Ziya Bünyadov prospekti –
Böyükşor-Pirşağı yolu – Bilgəh-Pirşağı şosesi – Sea
Breeze.

Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə,
həmçinin 28 Mall, Dəniz Mall və Gənclık Mall ticarət
mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə
bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.

“Azercell”in baş sponsorluğu ilə keçiriləcək Bakı Marafonu
2026-da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə
aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və
hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif
olunacaq.

Birinci yerin qalibinə 6.000 AZN, ikinci yerin sahibinə 4.000
AZN, üçüncü yerin sahibinə isə 2.000 AZN mükafat təqdim olunacaq.
Digər nominasiyalar üzrə də mükafatlar nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir