Ukrayna səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Baş səhifə

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Şəhidlər Xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik korpusun nümayəndələri ilə birlikdə 20 Yanvar 1990-cı il faciəsinin qurbanlarını yad ediblər.

“Şəhidlər Xiyabanında Azərbaycanın qəhrəmanlarının xatirəsini ehtiramla andıq, həmçinin əfsanəvi ukraynalı pilot, Azərbaycan Qəhrəmanı Viktor Seryohinin xatirəsini yad etdik”, – səfir qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir