Azərbaycanla energetika sahəsində əməkdaşlıq Çexiya üçün mühüm əhəmiyyət kəsb edir – Səfir

Baş səhifə

Bakı. Trend:

Energetika sahəsində Azərbaycanla əməkdaşlıq Çexiya üçün mühüm
əhəmiyyət kəsb edir.

Trend xəbər
verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlachek
jurnalistlərə açıqlamasında bildirib.




“Azərbaycan Çex Respublikasının neft emalı zavodları üçün ən
böyük neft tədarükçüsüdür və bu baxımdan energetika sahəsində
əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə diplomat
vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin
məlumatlarına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkə
Çexiyaya 742,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton neft
ixrac edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir