
Bakı.Trend:
Azad olunan ərazilərdə yanvarın 12-dən 18-dək 6 tank əleyhinə
mina, 63 piyada əleyhinə mina, 253 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə
əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 508.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.

