Erməni vitse-spiker: TRIPP layihəsində Rusiya və Türkiyənin iştirakı müzakirə olunmur

Baş səhifə

TRIPP layihəsində Rusiya və Türkiyənin iştirakı müzakirə olunmur.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlər üçün keçirilən brifinqdə açıqlama verib.

“Xatırladım ki, bu, Ermənistan–ABŞ birgə şirkətidir və bu baxımdan digər ölkələrin iştirakı nəzərdə tutulmur. Lakin TRIPP proqramının daha geniş istifadəsindən danışsaq, burada əlbəttə ki, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Mərkəzi Asiya ölkələri, Avropa dövlətləri və digərləri fayda əldə edəcəklər”, – Rubinyan bildirib.

Onun sözlərinə görə, TRIPP-in işə düşməsi nəticəsində Ermənistan İran, Rusiya, Türkiyə və daha geniş istiqamətlər üzrə dəmir yolu əlaqəsi əldə edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir